Azərbaycan Basketbol Liqasında 18-ci tura Astarada yekun vurulub.
Turun son qarşılaşmasında yerli “Zirvə” komandası “Sərhədçi”ni qəbul edib. Astara Olimpiya İdman Kompleksində keçirilən görüşün ilk periodunda “sərhədçilər” 22:9 hesabı ilə irəli çıxıblar. İkinci hissədə də inamla çıxış edən qonaqlar böyük fasiləyə 47:29 hesablı üstünlüklə yollanıblar. 3-cü periodda “Zirvə” basketbolçuları fəallığı artrısalar da, bu onların uğur qazanmasına kifayət etməyib və “Sərhədçi” yekunda 92:76 hesabı ilə qalib gəlib. Matçın ən məhsuldar basketbolçusu “Sərhədçi”nin üzvü Maksvel Starvud olub. Amerikalı legioner 22 xal və 9 ribaundla fərlqənib. Bu qələbə sayəsində xallarının sayını 31-ə çatdıran “Sərhədçi” NTD ilə liderliyə şərik olub. Onlardan 1 xal az toplyan “Sabah” 3-cü yerdədir. 15-ci məğlubiyyəti ilə üzləşən “Zirvə Astara” isə autsayderdir.